Ölkə

Sumqayıtdakı 20 nömrəli məktəb musiqi kollecinə çevrilir? - VİDEO

26 Noyabr 2022 15:13
Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbin musiqi kolleci ilə əvəzlənəcəyi barədə şayiələri yayılıb.

Həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri bu təhsil ocağının bağalanacağını iddia edirlər. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son günlər yayılan xəbərlər onları  narahat edir.

Bəzi valideynlər isə iddia edir ki, məktəbin alt mərtəbəsi musiqi kollecinə veriləcək.

Abşeron-Xızı Rgional Təhsil İdarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, valideynlərin şikayətlərindən xəbərləri var. Lakin yayılan məlumatlar dezonformasiyadır və 20 nömrəli tam orta məktəbin musiqi kolleci ilə əvəzlənməsindən söhbət gedə bilməz. Məktəb digər təhsil ocaqları kimi öz fəaliyyətini davam etdirəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.