Azərbaycanda “patı”, “şüşə”nin dövriyyəsi rekord həddə çatıb - DGK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2022-ci ilin 10 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 64 fakt aşkar olunub.
Bu faktlar üzrə ümumilikdə 904 kq 611 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Onların 92,6%-ni daha təhlükəli ağır narkotiklər olan heroin və metamfetamin təşkil edib. Belə ki, 458 kq 297 qram heroin və 379 kq 494 qram metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən götürülüb.
Bundan əlavə 57 kq 103 qram tiryək, 5 kq 98 qram həşiş, 2 kq 653 qramdan çox marixuana, 260,89 qram kokain, 442,904 qram metadon, 732 qramdan çox metilendioksiamfetamin, 254,79 qram mefedron (4- metilmetkatinon),104,3 qram MDMA (ekstazi), 97,28 qram amfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Ciddi narahatlıq doğuran məsələlərdən biri də qara bazarda "patı", "şüşə" adlandırılan və son dərəcə təhlükəli maddə sayılan metamfetaminin xüsusi çəkisinin kəskin artaraq əvvəlki illərlə müqayisədə rekord həddə çatmasıdır.
2022-ci ilin ilk 10 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 66 nəfər: 65-i kişi, 1-i qadın olmaqla 21 nəfər Azərbaycan vətəndaşı, 45 nəfər əcnəbi (25 İran, 7 Rusiya, 10 Türkiyə, 1 Qazaxıstan, 1 Maldiv və 1 Pakistan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 3 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının 14 halda İrandan, 3 halda Türkiyədən, 3 halda Rusiyadan, 2 halda Qazaxıstandan, 2 halda Gürcüstandan, 1 halda Böyük Britaniyadan, 1 halda Niderlanddan, 1 halda Amerika Birləşmiş Ştatlarından Azərbaycana gətirilməsinə cəhd göztərilib.
Narkotik vasitələr və onların prekursorları 2 halda Türkiyəyə, 2 halda Qətərə, 1 halda İrana, 1 halda Avstraliyaya, 1 halda Rusiyaya aparılarkən, 26 halda Azərbaycan ərazisindən isə tranzit yolla keçirilərkən aşkar edilib.
Tranzit yolla daşınan narkotiklərin hərəkət marşurutunun 7-si İran-Azərbaycan-Gürcüstan, 5-i İran- Azərbaycan-Rusiya, 3-ü İran-Azərbaycan-Türkiyə-Almaniya, 2-i İran-Azərbaycan-Türkiyə-Polşa, 2-i İran-Azərbaycan-Türkiyə-Niderland, 2-i Gürcüstan-Azərbaycan-Qazaxıstan, 2-i İran-Azərbaycan-Türkiyə 1-i İran-Azərbaycan-Türkiyə-Bolqarıstan, 1-i İran-Azərbaycan-Ermənistan, 1-i Gürcüstan- Azərbaycan-Rusiya olub. 4 halda isə ölkə daxilində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Birinci sinfə gedən şagirdlərin sayı açıqlandı
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı





