Ölkə

AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? - Baş Prokurorluqdan açıqlama

21 Noyabr 2022 14:33
Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.

71 yaşlı A.Aslanov 2002-ci ildən AZƏRTAC-ın baş direktoru, 2018-ci ildən isə İdarə Heyətinin sədri idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.