Sumqayıtda bir ailənin iki azyaşlı övladının qida zəhərlənməsindən dünyasını dəyişdiyi bildirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, azyaşlılar yemək yedikdən sonra halları pisləşib və onlar xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişib.
Sumqayıt şəhər sakinləri, 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı və bacısı 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızının meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumatda bildirilir ki, eyni ailənin üzvü olan iki azyaşlı bu gün saat 05:35-də valideynləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib. Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.
--------
14:54
Sumqayıtda azyaşlı bacılar vəfat edib.
Milli.Az xəbər verir ki, ölənlərin 4 yaşlı Əsra Allahverdiyeva və bacısı 6 yaşlı Aynaz Allahverdiyeva olduğu bildirilir.
Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparılıb. Hazırda ekspertiza təyin olunub, həkimlər tərəfindən ölümün baş vermə səbəbləri araşdırılır.
İlkin ehtimallara görə, ölümə səbəb azyaşlıların zəhərlənməsi olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Milli.Az