Ölkə

Noyabrda 10 gün iş olmayacaq

1 Noyabr 2022 11:24
Baxış: 5 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabr ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətindən Milli.Az-a verilən məlumatına görə, bu ay 4 gün ardıcıl iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına görə isə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Bununla da noyabrda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.