Ölkə

İqlim dəyişikliyi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - VİDEO

9 Oktyabr 2022 13:11
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Payız fəslinin daxil olmasından 2 həftədən çox vaxt keçsə də, hələ də havalar istidir. Eləcə də yay aylarının gəlişinə baxmayaraq ilk vaxtlarda soyuq hava müşahidə edilir. Bu da fəsillərin gecikməsi kimi dəyərləndirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, payız fəsli başlayandan bəri havaların dəyişkən keçməsi bir çox sahələrə təsir edib. Xüsusilə də kənd təsərrüfatına. Sabirabadlı fermerlər bildirirlər ki, iqlim dəyişikliyi bəzi sahələrə müsbət, bəzilərinə isə mənfi təsir edib. Yəni, yağıntıların olmaması taxıl əkininə maneə yaratsa da, pambıqçılığa təsir etməyib.

Tovuzlu fermerlər isə deyirlər ki, havanın gah isti, gah sərin keçməsi meyvə-tərəvəzin vaxtından tez yetişməsinə və məhsuldarlığın zəifləməsinə səbəb olub. 

Fermerlər həmçinin bildirirlər ki, havaların soyumaması gəmiricilərin sayını da artırıb. 

Zaqatalalı fermerlər isə deyirlər ki, isti havalar üzüm təsərrüfatı üçün yaxşı olsa da, digər sahələrin işini ləngidib. 

Havaların qeyri sabit keçməsi ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirir ki, son bir neçə ildə havanın temperaturu artıb, yağıntılar isə xeyli azalıb. 

Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev də bildirir ki, qlobal iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi ziyan vurur və qarşısını almaq, ziyanı azaltmaq üçün qabaqlayıcı tədbirlər görülür.

Faiq Xudayev həmçinin qeyd edir ki, belə havaların yem emalını azaltması quşçuluq və heyvandarlığa da təsir edir.  Mütəxəssisin sözlərinə görə, noyabrın sonuna kimi yağıntının miqdarı az olarsa, təhlükə gözlənə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.