Ölkə

Ağcabədidə narkotik satan 17 nəfər tutulub - FOTO

7 Oktyabr 2022 12:56
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumulikdə 20 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən ardıcıl tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər tutulub. Onlardan ümumilikdə 1 kiloqrama yaxın müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb.

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq edərək zərərçəkmiş şəxslərə 5000 manat civarında ziyan vurduqları müəyyən edilib.

Bundan başqa keçirilmiş tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 1 nəfər də müəyyən edilib və ondan "Makarov" markalı tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.