“Tarqovıy siçanı” 200 manat cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Tarqovıy" adı ilə tanınan ərazidə maskot kimi fəaliyyət göstərən şəxs (cizgi filmi qəhrəmanı olan siçan geyimində) saxlanılıb.
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə sentyabrın 21-də axşam saatlarında baş verib. Polis əməkdaşları Nizami küçəsində uşaqlarla fotolar çəkdirib pul yığan siçan geyimindəki şəxsə yaxınlaşıblar və onun qeyri-qanuni fəaliyyət göstərdiyini bildiriblər.
İttihama görə, bu zaman cizgi filmi qəhrəmanı geyimində olan 1989-cu il təvəllüdlü şəxs polisə müqavimət göstərib. O, fəaliyyətini davam etdirəcəyini bildirib və polis əməkdaşlarını söyməyə başlayıb. Bundan sonra 33 yaşlı şəxs ərazi üzrə 39-cu Polis Bölməsinə gətirilib. Gecəni bölmədə keçirən şəxs sentyabrın 22-də barəsində tərtib edilmiş protokolla birgə Səbail Rayon Məhkəmsinə göndərilib.
Saxlanılan şəxs məhkəmədə belə ifadə verib: "Sentyabrın 21-də, saat 20:05 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərərək, yəni "siçan" paltarı geyinərək, pul yığırdım. Başqa əmək məşğuliyyətim yoxdur, buradan əldə etdiyi pulla ailəmi dolandırıram, iki azyaşlı uşağım var. Polis əməkdaşları yaxınlaşaraq irad bildirdilər, mənə bu işi davam etdirməməyimi dedilər. Lakin iradlara məhəl qoymayaraq, işimi davam etdirəcəyimi söylədim. Sonra polis əməkdaşları məni bölməyə dəvət etdi, lakin bundan imtina etdim, əl-qol hərəkətləri ataraq nalayiq ifadələr işlətdim və məni çətinliklə 39-cu Polis Bölməsinə gətirdilər. Əməlimdən peşmanam".
Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda o, 200 manat cərimə edilərək sərbəst buraxılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)





