"Qarabağ əlilləri üçün tikilən hər evə görə nazirliyə 6 min manat verirdik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid İbad İsmayılov bildirib ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyib.
"Sonradan Qarabağ əlillərinə tikilən binalarda işləmişəm. Nazirliyin tikilməkdə olan obyektlərinə Natiq Əzizov rəhbərlik edirdi. Mənə təklif etdilər ki, sənin adına şirkətlər açaq, tenderlərdə iştirak edək. Mənim adıma 3 şirkət açdılar. "Tala", "Tala-1" və "Tala-2" şirkətlərini yaratdıq, mən də həmin şirkətlərə rəhbərlik edirdim. 2015-ci ildə devalvasiya oldu və vəsait çatışmazlığı yarandı. Bizə dedilər ki, hər evin müəyyən xərcləri var, hər ev üçün nazirliyin tikinti idarəsinə 6 min manat verirdik. Orada Toma xanım var idi, pulu ona verirdik, daha sonra Natiq müəllimə verdim. Birinci dəfə Qazax rayonunda 6 ev, ikinci mərhələdə isə 16 ev tikmişəm. Ümumilikdə, o evlərə görə Natiq Əzizova 132 min manat vermişəm. Əvvəl hər 3 şirkət mənim adıma olub. Sonradan tenderdə gəlib dedilər ki, bir adam 3 şirkətlə tenderdə iştirak edə bilməz. Mən də ona görə məcbur olub şirkətin birini yoldaşımın adına keçirdim. Birinci tenderdə bir evin qiyməti 54 min, ikinci mərhələdə 68 min oldu. O evlərin hər birinin xərci 42 min manat idi, qalanı qazanc idi", - deyə o qeyd edib.
Digər şahid İlqar Mustafayev isə deyib ki, suvarma sistemlərində qaynaqçı işləyir. Bildirib ki, 2014-cü ildə onu aldadıb ağ kağıza qol çəkdiriblər: "2021-ci ildə məni çağırıb dedirlər ki, sən şirkət rəhbəri olmusan, rəhbərlik etdiyim "Tunar MMC" evlər inşa edib. Mənim heç nədən xəbərim olmayıb. Mənə heç kim deməyib ki, nə məsələdir. İstintaqda bildim ki, mənim şirkətim olub. Şirkətə kim rəhbərlik edib, kim ev tikib xəbərim yoxdur".
Digər şahid Bəylər Musayev isə bildirib ki, onun adına "Şəki Construction" MMC təsis olunub: "Suvarma idarəsində işləmişəm, fəhlə adamam, dedilər bu kağızı imzala, mən də imzaladım. Mənim bu şirkətlə heç bir işim olmayıb. Şirkətin şəhid ailələri üçün evlər inşa etdiyini eşitmişdim".
Məhkəmədə ifadə verən şahid, Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinin təsərrüfat şöbəsinin müdiri Pərviz Qarayev isə ifadəsində bildirib ki, əvvəllər bizneslə məşğul olub, 2014-cü ildən isə sözügedən nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edilib. Nazirliyin tikilməkdə olan obyektlərinin idarə rəisi Natiq Əzizovun tələbə yoldaşı olub. P.Qarayevin adına 17 şirkət açılıb. Tenderlərdə iştirak etmək üçün şirkətlər özünün və yaxınlarının adına təsis olunub: "Mənim firmalarla birbaşa əlaqəm olmayıb. Gördüyüm işlərə görə nazirliyin özünün mənə borcu olub. 181 manat borc bu gün də ödənilməyib".
Proses oktyabrın 3-də davam etdiriləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
XƏBƏR LENTİ
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda "Formula 1" bahalaşması: günlük evlər 600 manat olacaq





