Ölkə

Bakıda 17 yaşlı qız itkin düşüb - FOTO

15 Sentyabr 2022 10:51
Baxış: 2 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 17 yaşlı qız itkin düşüb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edədər qızı, 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, həmin gündən bərı qızı barədə məlumat ala bilmədiyini qeyd edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.

"Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.