Ermənistanın Azərbaycana qarşı mina müharibəsi: terror siyasəti davam edir...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.
44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatsa da, Ermənistanın apardığı mina müharibəsi bu gün də davam edir və canlar alır. Bu, Ermənistanın Azərbaycana qarşı gizli müharibəsi, terror siyasətinin davamıdır.
Elə son hadisəyə diqqət edək - bu gün minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, bir nəfərin sağ ayağı amputasiya olunub. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
Artıq sübuta yetirilib ki, 30 ilə yaxın müddətdə torpaqlarımızı işğalda saxlayan işğalçı qonşumuz ərazilərimizdə yüz minlərlə müxtəlif təyinatlı minalar basdırıb.
Bu gün işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir. Lakin minalar o qədər çoxdur ki, bu, xeyli müddət alacaq.
Ermənistan öz düşmənçiliyini sona qədər davam etdirərək hətta 10 noyabr razılaşmasına əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk etdikləri zaman da ərazidə yanğınlar törədib, minalar basdırıblar. Özü də dünya hərb tarixində görünməyən formada - xəritəsiz, necə gəldi... Bu isə nəinki hərb qaydalarına, insanlığa da zidd bir addımdır, növbəti faciələrin əsasının qoyulmasıdır.
Müharibə bitdikdən sonra yüzlərlə Azərbaycan vətəndaşının bu minaların qurbanı olması da Ermənistanın terrorçu xislətini bir daha ortaya qoyur.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan indiyə kimi minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub.
Həmçinin mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hətta terrorçu xislətli erməni hərbçiləri minanı o qədər çox sayda və qayda-qanunsuz basdırıblar ki, mina təmizləmə işini həyata keçirən mütəxəssislər də partlama nəticəsində həyatlarını itirirlər.
Bir neçə gün əvvəl Azərbaycan ordusunun hərbi qulluqçusunun minaya düşərək ağır yaralanması, bu gün baş verən və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin 3 mina təmizləmə mütəxəssisinin minaya düşərək ağır yaralanması da bunlardan sadəcə bir neçəsidir.
Bu gün sülh müqaviləsindən boyun qaçıran, bütün sülh təşəbbüslərini sabotaj edən Ermənistan regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalır. Ermənistan bir neçə dəfə müxtəlif yollarla Azərbaycana minalanmış ərazilərin xəritələrinin bir hissəsini təhvil verib. Lakin sonradan bu xəritələrin istifadəsi zamanı da əsl erməni riyakarlığı üzə çıxıb. Belə ki, təqdim olunan xəritələrin əksəriyyəti həqiqəti əks etdirmir, real basdırılmış minaların yerini göstərmir.
Bundan başqa, 10 noyabr razılaşmasına əsasən, Azərbaycan ərazisini tərk etməli olan erməni silahlıları hələ də torpaqlarımızdan tam çıxmayıb. Hələ də revanşist bəyanatlar verərək Azərbaycana ərazi iddiaları səsləndirirlər. Yaxın günlərdə Azərbaycan ərazilərinin intensiv atəşə tutulması onların hələ də xülyalarla yaşadığını göstərir.
Amma erməni silahlıları və onların başında duranlar 44 günlük Vətən müharibəsini unutmamalıdırlar. Qısa bir zamanda bütün ordularının necə məhv edildiyini, param-parça olduqlarını yəqin ki, xatırlayırlar.
Azərbaycan tərəfi II Qarabağ müharibəsinin başa çatmasından sonra dəfələrlə Ermənistana sülh çağırışları edib, konstruktiv qarşılıqlı münasibətlərin bərpasına çağırıb. Təəssüf ki, Ermənistan tərəfi hələ də revanş arzusu ilə yaşayır, bölgədə daimi sülhün təmini üçün ilk addım ola biləcək mina xəritələrini təqdim etmir. Az və ya çox zaman və məbləğ xərclənəcəyindən asılı olmayaraq, əvvəl-axır Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi kimi, minalardan da azad edəcək.
Ermənidə ağıl və düşüncə olsa, bütün bu olanlardan dərs çıxarar. Bir də Müzəffər Ali Baş Komandan İlham Əliyevin məşhur sözlərini daim yadlarında saxlayarlar: "Dəmir yumruq yerindədir".
Məlumat üçün onu da bildirək ki, Azərbaycanın 2030-cu ilədək milli prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu barədə 2022-ci il aprelin 1-də Bakıda Azərbaycan Respublikası hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə "Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri" mövzusunda keçirilən konfransda məlumat verilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
XƏBƏR LENTİ
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)





