Ölkə

Sumqayıtda tanışını bıçaqlayıb öldürən şəxs həbs olunub

13 İyul 2022 13:00
0 Şərh     Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 10-u saat 15 radələrində Sumqayıt şəhər sakini 1965-ci il təvəllüdlü İsrayıl Quliyevin öldürülməsi barədə məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Emin Pirqurbanın şəxsi münasibətlər zaminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsrayıl Quliyevin boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Emin Pirqurban təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.