Ölkə

Səhiyyə naziri koronavirusa yoluxma saylarındakı nisbi artımdan danışdı

1 İyul 2022 13:22
0 Şərh     Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu səhiyyə naziri Teymur Musayev "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət stabildir.

"Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya sayları bu günə kifayət qədər aşağı rəqəmlərdədir. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq", - nazir deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.