Ginekoloqun faciəli ölümünə şahidlik edən uşaqları KİMƏ VERİLƏCƏK? - “Atam bais oldu...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış ginekoloq Xalidə Kəngərlinin ölümündən 3 gün keçir. İctimaiyyətdə qadının əzablı və dəhşətli ölümünün müzakirəsi bitmək bilmir. Xüsusilə ananın azyaşlı övladlarının gözü qarşısında faciəli ölümü, bu azmış kimi ataları ilə birgə cəsədə şahid olmaları təsəvvür edilməyəcək qədər ağır mənzərədir desək yanılmarıq.
Hadisənin dözülməzliyindən ciddi travma almış azyaşlıların sonrakı aqibəti ilə bağlı məsələ aktuallaşıb.
Milli.Az bildirir ki, bizim.media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin dediyinə görə, hadisə baş verən kimi olay yerinə dərhal aidiyyəti icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları yaxınlaşmalı idi:
"Komissiyanın tərkibindəki psixoloq o uşaqların durumunu qiymətləndirməli, dərhal o ərazidən uzaqlaşdırmalı idi. Uşaqlar üçün bir qədər sakit mühit yaradılmalı idi. Uşaq şahidlik də edəcək, istintaqa da gedəcək. Travmalar üt-üsə o qədər yığılacaq ki, hətta atanın bu işlərdə günahı olmamış olsa belə, o uşaqların psixologiyasında "atam bais oldu" deyə bir fikir formalaşacaq. İstintaqın işinə müdaxlə etmək kimi bir fikrim yoxdur. Amma mənə göstərin ki, bu illər ərzində anaları qətl edilmiş, gözlərinin qarşısında intihar və ya fiziki zorakılıq görmüş, ümumiyyətlə valideynlərinin faciəli ölmünü eşidən uşaqlarla hansı qurum işləyib? Heç kim işləməyib. Həmişə deyirik ki, zorakılıq qurbanı olmaq təkcə şillə, təpik, təcavüz görmək deyil. Psixoloji zorakılığın və travmanın özü çox dəhşətli bir haldır".
"Bilirəm ki, indi o uşaqlar yasın içindədir. Onlarla heç kim iş aparmır. Halbuki onlar mütəxəssislərə cəlb olunmalıdır. Bəlkə o uşaqların daxilində post travmatik sindromdan sonra ciddi bir fəsad yaranıb? İmmunitetləri aşağı düşüb? Bunları kim nəzərə alacaq? Ailə bunu edəcəkmi?
Ailə hazırda yasını, ehsanını necə verməyi, istintaqın düzgün aparılıb-aparılmaması marağındadır. Uşaq maraqlı deyil. Biz niyə gecikməliyik? Bu məsələnin köklü şəkildə mexanizmi formalaşmalıdır. Gözləyə-gözləyə aqressiv, sındırılmış , iradəsiz , çox zəif duruma düşən və ya cinayət törədə biləcək nəsil yetişdiririk".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
XƏBƏR LENTİ
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq





