Ölkə

“Azad qadın” heykəlinin ətrafı niyə hasarlanıb? - Açıqlama

13 İyun 2022 10:22
Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün öncə ətrafı hasarlanan "Azad qadın" heykəli dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Hasarlanma Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməyib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılır.

"Azad qadın" heykəlinin ətrafının hasara alınması məsələsi ilə bağlı Dövlət Xidməti tərəfindən dəqiqləşdirmələr aparılır. Həmin tarixi abidə ilə bağlı aparılan hər hansı abadlıq və yenidənqurma işləri tarixi abidənin mühafizəsi və qorunması çərçivəsində nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.