2021-ci ildə bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manat təşkil edib.
Milli.Az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, ən böyük göstərici 2604 manat ilə ali təhsildədir. "Peşə təhsilində 1567 manat və ümumitəhsil pilləsində xərc 1125 manatdır", - deyə nazir müavini bildirib.
Milli.Az