Ölkə

Bakıda ərəb turist evdə görüşdüyü qızı döydü

2 İyun 2022 14:37
4 Şərh     Baxış: 3 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ərəb turist tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirən qadın polisə müraciət edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə müraciət edən 1994-cü il təvəllüdlü F.İsayeva mayın 31-də gecə saat 02:00 radələrində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı, 2000-ci il təvəllüdlü Avadh Saeed Alajeel tərəfindən döyüldüyünü bildirib.

O qeyd edib ki, tanış olduğu şəxslə Nəsimi rayonu Həzi Aslanov küçəsi 97 ünvanında yerləşən binadakı mənzildə görüşüb. Gecə saatlarında onların arasında münaqişə baş verib və ərəb turist 28 yaşlı qadını xuliqanlıq zəminində döyüb.

İlkin araşdırma zamanı BƏƏ vətəndaşının mayın 30-da Bakıya turist kimi gəldiyi məlum olub.

Müraciətlə bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.