Bazarda qiymətlər AT BELİNDƏ - Ərzaq böhranından XİLAS YOLU...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rəsmi statistikaya əsasən cari ilin ilk 7 ayın nəticələrinə əsasən keçən illə müqayisədə ərzaq məhsullarının qiyməti ortalama olaraq 5,1 faiz həcmində artıb. Buna paralel olaraq tütün məhsullarının qiyməti də təqribi olaraq 6 faiz həcmində artıb. Bu proseslər bütovlükdə ölkə üzrə inflyasiya səviyyəsinə ciddi şəkildə təsir edib".
Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

O bildirib ki, bahalaşmanın qarşısını almaq üçün daxildə istehsal olunan ərzaq məhsullarının qiymətinin tənzimlənməsi üçün müəyyən təşviqat layihələri həyata keçirilməlidir:
"Ərzaq məhsullarının qiymətinin artması bir çox səbəblərdən baş verə bilər. Birinci olaraq vurğulamaq lazımdır ki, dünya səviyyəsində qlobal ərzaq məhsulları ticarətində son 7 ilin ən yüksək qiymətləri müşahidə olunmaqdadır. Hətta bunu BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı öz hesabatında qeyd edir. Bu baxımdan idxala bağlı olan ölkələr, dünyanın müxtəlif ölkələrində istehsal olunan ərzaq məhsullarının qiymətinin qalxmağından mütləq olaraq təsirlənəcək. Eləcə də, Azərbaycanda ərzaq məhsullarının son 7 ayda durmadan artmağı birbaşa olaraq idxal qiymətləri ilə əlaqələndirilə bilər.
İkinci olaraq, son iki ildə dünyada tüğyan edən pandemiya şərtlərindən asılı olaraq ərzaq məhsullarının ümumi kütlə istehsalında azalma görülməkdədir. Bu isə öz növbəsində məhsulun qiymətinə təsir etməkdədir.
Üçüncüsü isə, istər daxili istehsal olunan məhsulların, istərsə də, idxal olunan məhsulların maya dəyərini formalaşdıran faktorlar əsas alınmalıdır. Bu konteksdə yanacağın qiymətinin son 1 ildə artması birbaşa olaraq məhsulların qiymətlərinin maya dəyərinin artmasına səbəb olacaqdır.
Təbii ki, ərzaq məhsullarının qiymətini süni şəkildə artıran sahibkarlar da mövcuddur. Bu baxımdan, dövlət qurumları birmənalı olaraq ərzağın qiymətinin optimallaşdırıması istiqamətində nəzarətedici fəaliyyətlər həyata keçirməlidir. Buna paralel olaraq daxildə istehsal olunan ərzaq məhsullarının qiymətinin tənzimlənməsi üçün müəyyən təşviqat layihələrinin olması məqsədəuyğun hesab edilir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
XƏBƏR LENTİ
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur





