Ölkə

Azərbaycanda bu dərmanın satışı qadağan olunub

13 May 2022 17:40
Baxış: 11 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, 028084 seriya ilə buraxılmış son istifadə tarixi 02.2023 olan "Fosfalyugel" ticarət adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib: "Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız 028084 seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.