Ölkə

İşçilər aylardır maaş ala bilmirlər - VİDEO

8 May 2022 15:52
0 Şərh     Baxış: 1 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neftçalada Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işçiləri olduğunu bildirən şəxslər aylıq maaşlarını ala bilmədiklərini deyirlər. Bir - neçə  aydır ki, maaş  ala bilməyən işçilər aidiyyəti quruma  müraciət etsələr də, bu nəticəsiz qalıb. 

İşçilər aylardır maaş ala bilmirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Melerosiya və Su təsərrufatı ASC-nin Neftçala melioservis idarəsinin əməkdaşlarından gedir. Fəhlələr bir neçə gündür ki,müəssisənin qarşısına toplaşıraq əmək haqlarını tələb edirlər.

Şikayətçilərin sözlərinə görə, əmək haqlarını ala bilmədiklərinə görə, çətin durumda qalıblar. Pul olmadığından ailələrini dolandıra, kommunal xərclərini ödəyə bilmirlər. idarə rəhbərliyindən  əmək haqlarını tələb etdikdə isə tender udulacağı təqdirdə maaş olacağını deyirlər.

Məsələ ilə bağlı Neftçala melioservis idarəsində olduq. İdarənin baş mühəndisi Qulam Əsədov  yaranmış problemələ bağlı fikri belə oldu.

İşçilər tezliklə əmək haqlarının ödəniləcəyinə ümid edirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.