Ölkə

ABŞ-a köçmək istəyənlərin nəzərinə: “Greencard” qalibləri açıqlanır

7 May 2022 12:50
Baxış: 922
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard" lotereyasının nəticələrini açıqlayacaq.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, cavablar bu gün günortadan başlayaraq elan ediləcək.

Bütün dünya üzrə "Greencard" üçün müraciət edənlər arasında ABŞ-a köçüb yaşamaq və işləmək istəyən Azərbaycan vətəndaşları da az deyil. Qeyd edək ki, lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə ölkəyə girib çıxmaq hüququ əldə edirlər. Lotoreyaya qeydiyyat 6 oktyabr - 9 noyabr 2021-ci il tarixində aparılıb.

Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır. Xatırladaq ki, iştirakçılar təsdiq nömrəsini ən azı 30 sentyabr 2023-cü ilə qədər saxlamalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.