Ölkə

Sabunçuda narkotik satışına görə 63 nəfər tutulub - VİDEO

6 May 2022 20:00
0 Şərh     Baxış: 1 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən aprel ayı ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin digər ərazilərdə keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 63 nəfər saxlanılıb.

DİN-dən Milli.Az-a verilən xəbərə görə, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 31-i barəsində məhkəmə tərəfindən həbs, 32-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri rayon ərazisində yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxanalar təşkil ediblər. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.