Ölkə

DSX əməliyyat keçirib, siqaret və dərman preparatları aşkarlanıb - FOTO

3 May 2022 13:07
0 Şərh     Baxış: 1 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Sərhəd Xidməti (DSX) DSX əməliyyat keçirib, siqaret və dərman preparatları aşkarlanıb.

Bu barədə Milli.Az DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanmış, sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmaqla aidiy­yəti orqanlar məlumatlandırılıb və sərhəd axtarışına başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaq­malın Deman kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.

Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə bir­gə həmin şəxsin evində keçirilən baxış zamanı zirzəmidə 8610 qutu (7910 "KENT" və 700 "Marlboro" markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.