Yol polisi sürücülərə müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a daxil olan müraciətdə bildirilir ki, Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olmuş, bu, eləcə də son günlər havaların qeyri-sabit keçməsi isə yollarda qəza ehtimalının yüksəlməsinə təsirsiz ötüşməyib.
"Tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.
Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı isə səbrli və təmkinli olmağa çağırırıq.
Uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilər",- müraciətdə bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)





