Ölkə

Bakıda restoranda vətəndaşı bıçaqla hədələyib mobil telefonunu aparıblar

8 Mart 2022 16:54
0 Şərh     Baxış: 789
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda restoranda vətəndaşı bıçaqla hədələyib mobil telefonunu alıblar.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə martın 6-da Ramana qəsəbəsi ərazisində yerləşən restoranların birində bir nəfərin qəsəbə sakini A.Zakirovu bıçaqla hədələyib mobil telefonunu talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İmanov müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.