Ölkə

Son sutkada COVID-19 əleyhinə 30 min peyvənd vurulub

3 Mart 2022 18:35
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 871 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1769, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1675, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25 705, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1722 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 082 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 304 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 790 428, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 778 250 , pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 209 564 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.