Ölkə

269 nömrəli tam orta məktəbdə 10 müəllim, 20 şagird koronavirusa yoluxub - HƏYƏCAN TƏBİLİ

4 Fevral 2022 09:17
0 Şərh     Baxış: 2 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Xatai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 10 müəllim, 20 şagird koronavirusa yoluxub.

Bu barədə Milli.Az-a valideynlər məlumat veriblər. 

Bu səbəbdən övladlarının sağlamlığını düşünən valideynlər məktəbin fəaliyyətinin distant təhsil formasında davam etdirməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyini gözləyirlər. 

Qeyd edək ki, Milli.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə hazırda 205 sinif distant təhsildədir. Məsələnin diqqətdə saxlanıldığı bildirilib.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı kəskin artaraq gündəlik 6 min nəfəri keçib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.