Ölkə

Əlavə yerləşdirmə zamanı işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

2 Fevral 2022 17:12
0 Şərh     Baxış: 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə yanvar ayı ərzində əlavə yerləşdirmə mərhələsi həyata keçirilib.

Təhsil Nazirliyindən c-a verilən məlumata görə, nəticələrə əsasən, müvafiq vakansiyalara 261 nəfər işə qəbul olunaraq müəllim kimi fəaliyyətə başlamaq imkanı əldə edib. Cari tarixədək müəllimlərin işə qəbulu müsabiqəsi üzrə işə qəbul olunan namizəd sayı ümumilikdə 9975 nəfər olub.

Qeyd edək ki, əlavə yerləşdirmə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yerinə əsasən həyata keçirilir və tədris ili ərzində vakant yer yarandıqca davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.