Ölkə

Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin etdi

21 Yanvar 2022 11:57
0 Şərh     Baxış: 4 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.

Milli.Az Manşet.az-a istinadən bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ramin Hüseynov Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Zaur Nəsirov  tutduğu vəzifəsindən azad olunaraq Göygöl Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.