Ölkə

Yeni səhiyyə naziri kimdir? - DOSYE

19 Yanvar 2022 13:00
1 Şərh     Baxış: 8 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri vəzifəsinə təyin edilib.

Milli.Az yeni səhiyyə nazirinin dosyesini təqdim edir:

Teymur Yusif oğlu Musayev 1970-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. O, 2003-2004-cü illərdə Strasburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə, 2013-2015-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nazir vəzifəsinə qədər o, səhiyyə nazirinin birinci müavini, daha sonra nazir səlahiyyətlərinin müvəqqəti icrasını həyata keçirib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.