Ölkə

Əbdürrəhman Vəzirovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİB

10 Yanvar 2022 15:04
9 Şərh     Baxış: 9 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

15:04

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

Bu barədə "Report"un Rusiya bürosuna mərhumun yaxınları məlumat verib.

Ə.Vəzirovun həyat yoldaşının məzarının yanında torpağa tapşırılacağı gözlənilir.

-------

13:07

Azərbaycanın Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

Milli.Az bildirir ki, bu barədə onun qohumları məlumat yayıblar.

Azərbaycana rəhbərlik etdiyi dövrdə o, "Bambılı" ləqəbi ilə tanınmışdı.

Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSRİ Kommunist Partiyası MK-nın 13-cü birinci katibi, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.