Ölkə

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

22 Dekabr 2021 13:00
0 Şərh     Baxış: 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 26 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.