Ölkə

Türkiyədə sərnişin avtobusu qəzaya uğradı: 14 Azərbaycan vətəndaşı xəsarət aldı - YENİLƏNİB

19 Dekabr 2021 12:29
0 Şərh     Baxış: 2 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

13:29

Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusunun Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğraması nəticəsində avtobusda olan 24 Azərbaycan vətəndaşından 2-i həyatını itirib, 14 nəfər xəsarət alıb.

Bunu Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.

Baş konsul deyib ki, xəsarət alan 14 nəfərdən birinin vəziyyəti ağırdır: "Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb"

-------

12:04

Dünən Türkiyədə baş verən qəzada 2 azərbaycanlı həyatını itirib.

Milli.Az bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Qarsın Sarıqamış qəsəbəsində baş verən faciəvi avtobus qəzası zamanı 4 nəfər ölüb, onlardan 2-si Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, dekabrın 18-də İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.