Ölkə

VHP üzvü faciəvi şəkildə öldü

17 Dekabr 2021 09:26
0 Şərh     Baxış: 2 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən "İndigo" MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Milli.Az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Xəyyam Təhməzov mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyərkən avadanlığın içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, X. Təhməzov Vətəndaş Həmrəyliyi Partiyasının Cəbrayıl rayon təşkilatının və Nida Vətəndaş Hərəkatının fəal üzvlərindən olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.