Ölkə

“Lufthansa” Bakıya birbaşa reysləri bərpa etdi

10 Dekabr 2021 13:14
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun fasilədən sonra "Lufthansa" aviaşirkəti Bakıya Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa müntəzəm reyslərini bərpa edib.

Bu barədə Milli.Az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.

Qeyd olunub ki, bu ilin yayınadək reyslər Tbilisi hava limanında qısamüddətli dayanmaqla yerinə yetirilirdi.

Noyabr ayından başlayaraq aviaşirkət yenidən Bakıdan Frankfurta və geriyə birbaşa müntəzəm reyslər təklif edir.

Aviaşirkət öz sərnişinlərinə həftədə 4 reysədək təklif edir -bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri Bakıdan uçuş saat 04:45-də və çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri Bakıya gəliş saat 21:30-da həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.