Ölkə

Bakıda səkilərə qoruyucu dirəklər quraşdırılır - Piyadalar razı, sürücülər isə narazıdır - VİDEO

8 Dekabr 2021 14:36
0 Şərh     Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt Bakının mərkəzi hissələrində uzun müddətdir ki, piyada səkilərinin zəbt olunmaması üçün qoruyucu dirəklər quraşdırılır. Artıq bu proses şəhərin bütün hissələrində icra olunmağa başlanıb. Bu isə avtomobilini park etmək istəyən sürücülərin narahatlığına səbəb olub. Bəs Bakı Nəqliyyat Agentliyi piyadaların təhlükəsizliyi üçün bu addımı atırsa, avtomobillərın parklanması üçün hansı alternativ iş görür?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, səkilərdə quraşdırılan tumbalardan sürücülər narazı olsa da, piyadalar razıdır. Onlar səkidə hərəkət zamanı özlərini rahat və təhlükəsiz hiss edirlər. Sürücülər isə avtomobili park etməyə yer olmadığından şikayətçidir.

Onların bir qismi səkidə avtomobil park etməyin doğru olmadığını anlasalar da, buna əməl etmirlər.

Lakin piyadalar bütün səkilərə tumbaların quraşdırılmasının tərəfdarıdır. Onlar bunun səbəbini həm təhlükəsizlikləri üçün, həm də səkidə avtomobil olmadığına görə rahat hərəkət etməklərində görürlər.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev piyadaların rahat və təhlükəsiz hərəkəti üçün görülən işlərin bununla kifayətlənmədiyini bildirib.

Mais Ağayevin sözlərinə görə, mərkəzi hissədən kənarda yerləşən yolların ətrafında əsasən yeni tikilən binalar yerləşir ki, onların da əksəriyyətinin parklanma üçün qarajı var. Köhnə binaların isə hamısının həyətində avtomobil saxlamaq üçün yer var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.