Ölkə

Azərbaycanda hərbi helikopter qəzaya uğradı, ölənlər və yaralananlar var

30 Noyabr 2021 12:15
Baxış: 5 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğu birgə məlumat yayıb.

Milli.Az xəbər verir ki, məlumatda deyilir:

"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.