Muğanbankın Sabirabad filialı yeni ünvanda, innovativ bir binada fəaliyyətini davam etdirəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Muğanbank" ASC, müştərilərə keyfiyyətli və əlçatan xidmətlər təqdim etmək missiyasına, təqdim etdiyi məhsullara və eləcə də müştəri seqmentasiyasına uyğun olaraq, filial şəbəkəsini daim optimallaşdırır. Bu prosesin bir hissəsi olaraq, bank Sabirabad şəhərindəki filialını yeni ünvana, daha modern bir binaya köçürmüşdür. Filial bundan sonra Sabirabad ş., H.Əliyev pr. 47 ünvanında (Kür -Araz restoranının yanı) fəaliyyətini davam etdirərək, həftənin beş günü (bazar ertəsi-cümə) saat 9.00-dan 17.00-a kimi hüquq və fiziki şəxslərə hesabların açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları,sənədli əməliyyatlar, təcili pul köçürmələri,Muğanbank çek və s. bank xidmətləri təklif edəcəkdir.
Muğanbankın filial və şöbələri, təqdim etdiyi xidmət və məhsullar haqqında ətraflı məlumatı bankın 933 Çağrı Mərkəzinə zəng etməklə və ya bankın www.muganbank.az rəsmi internet səhifəsindən, həmçinin sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
Argentina millisinin yeni kapitanı bəlli oldu
-
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - (Video)
-
Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib - (Yenilənib)
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Paşinyan Makronla görüşüb
-
Yamal Mbappenin rekordunu təzələdi
-
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
-
Sevil-Sevinc bacıları ittihamlara belə cavab verdilər: "7000 AZN xərclənib" - (Foto)
-
Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq
-
Xəzərdə zəlzələ oldu
-
UEFA Çempionlar Liqası: Günün matçları
-
Onlayn satışla bağlı yeni qayda: Dövlət Vergi Xidməti açıqladı
-
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
-
Ceymi Karrager: “Arda Güler "Real"-dan ayrılmağı düşünməlidir"
-
Sentyabrda bəxti gətirəcək 3 bürc - Pul, sevgi və uğur qapıda
-
“Fenerbahçe” və “Beşiktaş”ın keçmiş ulduzunun oğlu evləndi - (Foto)
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
Bakıda və 3 rayonda işıqlar sönəcək





