Avto

Azərbaycanın ən çox yeni avtomobil idxal etdiyi ölkələrin reytinqi - TOP-10

21 Fevral 2021 14:44
Baxış: 826

2020-ci ildə Azərbaycan xaricdən 542,389 mln. ABŞ dolları dəyərində 49 692 yeni minik avtomobili idxal edib ki, bu da 2019-cu illə müqayisədə 15% çoxdur.

Milli.Az bildirir ki, "APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən il ölkəyə ən çox minik avtomobili ABŞ-dan gətirilib. Belə ki, hesabat dövründə Azərbaycan ABŞ-dan 98,511 mln. dollar dəyərində 10 774 avtomobil idxal edib, bu da illik ifadədə 40,3% çoxdur.

Qeyd edək ki, ikinci pillədə yerləşən Almaniya Azərbaycana 122,459 mln. dəyərində 9 773 minik avtomobil tədarük edib. 2020-ci il ərzində Almaniyadan ölkəyə avtomobil tədarükü 7,1% azalıb. İlk üçlüyü qapadan Cənubi Koreya isə ötən il Azərbaycana 57,956 mln. dollarlıq 8 192 minik avtomobili ixrac edib. Bu göstərici ötən il 46,9% artıb.

2020-ci ildə Azərbaycanın yeni minik avtomobillərinin idxal etdiyi əsas ölkələr - TOP-10:

#

Ölkə

Sayı

Dəyər, mln. $

İllik dinamika

1

ABŞ

10 774

98,511

40,3%

2

Almaniya

9 773

122,459

-7,1%

3

Cənubi Koreya

8 192

57,956

46,9%

4

Yaponiya

7 381

83,859

19,1%

5

Meksika

2 795

22,709

89%

6

Rusiya

2 594

25,313

-28,9%

7

Türkiyə

1 423

14,869

39,8%

8

Çin

1 038

12,324

2,4 dəfə

9

Özbəkistan

905

7,370

38%

10

Çexiya

554

6,749

9,9%

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.