Avto

"Ford" 14,5 mindən çox avtomobili geri çağırdı - SƏBƏB

29 May 2019 22:25
0 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ford" Rusiyada 14,5 mindən çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, geri çağırılma Rusiyada 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinədək satılmış "Explorer" modelinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar arxa təkərlərin nizamlanma rıçaqında aşkar olunan qüsurlarla əlaqədardır.

Bu qüsurun avtomobilin qəza riskinin artmasına səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.