Avto

Dəbdəbəli Harrier satılacaq - FOTO

27 Dekabr 2014 21:14
0 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Toyota Yaponiyada Harrier Elegance G's yolsuzluq avtomobilini məxvilikdən çıxardıb. Modelin ictimai debütü gələn ilin əvvəlində Tokyo Auto Salon sərgisində keçiriləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Harrier Elegance G's modeli Harrier G Sports konseptinin seriya buraxılışıdır. Əslində bu ayrıca modifikasiya deyil, Harrier modelinə daha çox idmançı xüsusiyyətləri və zərif görkəm verən geniş staylinq paketidir.

Qeyd edək ki, ilk iki nəsil Toyota Harrier modelləri Lexus RX yolsuzluq avtomobillərinin siması dəyişdirilmiş versiyaları olub. O zaman Lexus modelləri Yaponiyada satılmırdı. Keçən payız debüt etmiş üçüncü nəsil Harrier artıq müstəqil modelə çevrilib. Onun əsasında RAV4 modelində olduğu kimi New MC platforması durur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.