Avto

Audi TT rodsterə döndü - FOTO

25 Sentyabr 2014 21:37
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Audi şirkəti yeni nəsil TT və TTS rodsterlərini təqdim edib. Yumşaq qatlama tavanlı modellərin ilk açıq nümayişi Paris avtosalonunda nəzərdə tutulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, TT və TTS yumşaq tavanları bir cüt elektrik mühərrikinin hesabına 50 km/saat sürətlə hərəkət zamanı 10 saniyə ərzində qatlanır. Rodsterin digər göstəriciləri belədir:

Qabarit ölçüləri: uzunluq -4177 , en - 1832, hündürlük -1355 , təkər bazası -2505 .

Mühərrik göstəriciləri:

1. yanacaq - benzin, güc -230 a.g., fırlanma anı - 370 Nm

2. yanacaq - dizel, güc - 184 a.g., fırlanma anı - 380 Nm

3. yanacaq - benzin, turbo, həcm - 2,0 litr, güc - 310 a.g., fırlanma anı - 380 Nm

Ötürücü qutu: Altı pilləli mexaniki və opsiyada altı diapazonlu robot S-tronic.

Təchizat: yol nişanlarının tanınması funksiyası, hərəkət zolağının izlənməsi sistemi, avto parketmə, əsas işıq ksenon faralar, kondisioner, opsiyada 680 Vatt -lıq Bang & Olufsen audiosistemi.

Satışın başlanması vaxtı: Paris avtosalonundan dərhal sonra (TTS Roadster 2015-ci ilin əvvəlində) Almaniyada

Qiymət: 230 güclü benzin mühərriki ilə 37 min 900 avro.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.