Avto

Avtomobiliniz sərinləsin, cibiniz yanmasın: Ustaların kondisioner tələsi

29 İyul 2025 12:23
Baxış: 1 041
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yay aylarında avtomobilləri kondisionersiz təsəvvür etmək çətindir. Bəzi ustalar isə bunu fürsət bilib sürücüləri aldatmağa çalışırlar. 

Milli.Az xəbər verir ki, sürücülərin sözlərinə görə ustalar bəzən onları aldatmağa çalışıb əlavə proseslərə görə artıq pul tələb edirlər. Hətta avtomobilin soyuq vurması üçün istifadə olunan freon qazını az vuranlar da var. 

Bəs ustaların tələsinə yağlı tikə kimi düşməmək üçün hansı öncəlik tədbirləri görməliyik? 

Məsələ ilə bağlı usta Əli Əliyev bildirir ki, kondisionerin soyuq vurması üçün istifadə olunan freon qazı normasında vurulmalıdır:

"Bu qazın azı da, çoxu da ziyandır. Sürücülər qaz vurarkən ustadan tələb etməlidirlər ki, qaz elektron çəki tərəzisi ilə çəkilməsini yoxlamalıdırlar. Həmçinin, avtomobilə qaz vuran zaman təzyiqlərə baxılmalıdır. Gözəyarı vurulan qaz kompressorun sıradan çıxarılmasına gətirib çıxarır". 

Qeyd edək ki, əsas olan düzgün və güvənilir ustanın tapılmasıdır. Əks halda həm pulunuzdan, həm də avtomobilinizdən ola bilərsiz. 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.