Almaniyanın lüks avtomobil istehsalçısı "Isdera" iflas etdiyini elan edib.
Milli.Az "Bild"ə istinadən xəbər verir ki, şirkət 40 ildən artıq fəaliyyət göstərib.
"Isdera" sifariş əsasında az miqdarda bahalı avtomobillərin yığımı ilə məşğul olub. Sözügedən şirkətin avtomobilləri hərraclarda 1 milyon avrodan baha qiymətə satılıb.
Bildirək ki, iflas ərizəsi aprelin 11-də Saarbrüken rayon məhkəməsinə təqdim olunub.
Qeyd edək ki, "Isdera" 1982-ci ildə Leonberqdə avtomobil dizayn mühəndisi Eberhard Şulz tərəfindən təsis olunub. O, 2016-cı ildə Şulz "Isdera"nı elektrik avtomobili hazırlayan "Sinfonia Automotive AG" şirkətinə satsa da, istədiyi nəticəni ala bilməmişdi.
Hüseyn
Milli.Az