Ermənilər hay deyil - Daha bir erməni mifi dağılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənilərin ən qədim xalq olduqları, dövlətləri olduğu barədə minillik mifləri alt-üst olur. Bu dəfə Bibliyada erməni xalqı və dövlət barədə hər hansı bir məlumata rast gəlinməməsi sosial şəbəkələrdə ən çox və qızğın müzakirə olunan məsələyə çevrilib. Müqəddəs kitabda hədsiz sayda tarixi yerlər, ölkə adları barədə məlumatlara rast gəlinsə də, Ermənistan və ermənilər barədə bir kəlmə də olsun söhbət getmir.
Və bunu polşalı din xadimi Qustav Qeçenin "Bibliya tarixləri" kitabını oxuduqdan sonra daha dəqiq bilmək olur. Moskvada 1989-cu ildə rus dilində dərc olunan kitabda xristianlığın mənşəyi barədə bildirilir ki, yəhudi cəmiyyəti və dövləti xristianlığın yaranmasından 11 əsr əvvəl yaranıb. Ermənistan və ermənilər barədə fakt olacağını səbirslizliklə gözləsələr də, buna rast gəlinmir, Qustav Qeçe bir dəfə də olsun onların adını çəkmir. Halbuki ermənilər illərdir ki, xristianlığı ilk qəbul edən xalq kimi fantastik nağıllar və rəvayətlər uydururlar.
Bəs hanı, sizin minillik tarixiniz? Polşalı tarixçi regionda siyasi-dini hadisələri vurğulayır, lakin qonşularımızdan bir kəlmə də danışmır. Bəs niyə belədir? Bəlli deyil. Əgər ən qədim xalqlar sırasındadırlarsa, niyə məşhur alim onların adlarını şəkmir? Ermənilər səs-küy salacaqlar ki, polyak alimin erməniləri görməyə gözü yoxdur. Cavab odur ki, sadəcə ermənilər həmin tarixi dövrdə olmayıblar. Və yaxud Vladimir Putinin dediyi kimi, "onlar orada olmayıb".
Belə bir fikir də var ki, ermənilərin dünya tarixində böyük rolu barədə miflər şişirdilib. Özü də ermənilərin rolu barədə elə ermənilər özləri yazır. Əgər ermənilər həqiqətən qədim xalqdırlarsa, niyə polşalı alim onlar barəsində bir yerdə də olsun qeyd aparmır? Axtarış sistemlərində erməni və Bibliya sözlərini axtarışa verəndə bir kəlmə də söz tapmaq mümkün deyil. Yalnız erməni müəlliflərinin yazdıqları "əsərlərdə" bu barədə danışılır. Onlar da ermənilərin yaşadıqları ərazilərin Kiçik Asiya, hətta Fələstin olduqları göstərilir. "Ermənistan" və erməni etnosu barədə Bibliyada bir kəlmə də olsun söz keçmir. Sadəcə ermənilər Bibliyada Ararat (Ağrı) dağından söz keçdiyini iddia edirlər. Lakin axı bu dağ niyə erməni dağı kimi keçməlidir? Nə vaxt bunu özəlləşdirdilər? Ermənilərin tez-tez adını çəkdikləri Urartu dövlətinə gəldikdə, bu heç bir vaxt erməni dövləti olmayıb.
Nəticədə onu deyə bilərik ki, Bibliyada ermənilər və erməni dövləti bir yerdə keçmir və onların erkən xristianlıq dövrlərində dünya tarixinə təsir etməkləri də sıfıra bərabərdir. Başqa sözlə o zaman ermənilər millət və dövlət kimi mövcud olmayıblar. İllər uzunu erməni xalqını "hay", ölkəlrini isə "Hayastan" kimi xarakterizə edilməsinə öyrəşmişik. Əslində isə bu kəlmələrin Ermənistana nə coğrafi, nə də mədəni-tarixi yaxınlığı var. Hay xalqı 18-19-cu əsrlərdə mərhələ ilə Balkanlara, oradan Qafqaza köçüb. Qafqazda isə Qafqaz Albaniyasının irsini və tarixi abidələrindən istifadə etməyə başlayıblar. Bu mənada hayların ermənilərə heç bir aidiyyatı yoxdur.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
-
Tsarukyanın həbs müddəti uzadıldı
-
Belarusda Ermənistanın “Yerevan 2800” konyakının satışı qadağan edilib
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
XƏBƏR LENTİ
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib





