Ermənistan

ABŞ Ermənistanda yeni AES inşa edəcək - KİV

6 İyul 2024 13:32
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ermənistanda yeni AES inşa edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Belə ki, aprelin 5-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Aİ-nin ali nümayəndəsi və vitse-prezidenti Cozep Borrel, ABŞ-ın dövlət katibi Antoni Blinken, USAİD-in rəhbəri Samanta Pauer və Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə görüşündə ABŞ-nin Ermənistanda enerjinin şaxələndirilməsini təmin edəcəyi və modul tipli atom elektrik stansiyası (AES) inşa edəcəyi barədə dərc olunmamış razılaşma əldə olunub.

Nəşr yazır ki, razılaşmaya əsasən AES bağlanmalıdır, lakin yenisinin inşa olunacağına dair heç bir zəmanət yoxdur.

"Qərb mülki həyatda demək olar ki, istifadə olunmayan modul tipli AES inşa etməyə çağırır. Bu cür AES-lər isə hərbi bazalar üçün inşa olunur", - nəşr yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.