Ermənistan

Levon Köçəryanın köməkçisi saxlanıldı

1 May 2024 17:07
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Levon Köçəryanın köməkçisi Artur Sukoyan saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sukoyanın vəkili Erik Aleksanyan sosial şəbəkədə məlumat verib.

Məlumata görə, Artur Sukoyan bu yaxında Ermənistan parlamentində hakimiyyətyönümlü nəşrin jurnalisti David Levonyanla yaşadığı insidentə görə saxlanılıb. Belə ki, Sukoyan jurnalistə zərbə endirib.

Ermənistan İstintaq Komitəsi insidentlə əlaqədar olaraq cinayət işi açıb və Sukoyan barəsində saxlanılma qərarı verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.