Ermənistan

Fransa xarici işlər naziri Ermənistana gəlib

3 Oktyabr 2023 15:15
Baxış: 761

Fransa xarici işlər naziri Katerin Kolonna Ermənistana səfərə gedib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə XİN başçısı "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.

"Birinci səfərimdən 5 ay sonra yenidən Ermənistandayam. Dostluq, dəstək və həmrəylik!", - nazir paylaşımında bildirib.

Xatırladaq ki, Fransanın xarici işlər naziri aprel ayında da Ermənistana səfər edib. Səfər çərçivəsində fransalı nazir Yerablur hərbi panteonunda olub.

Fransa xarici işlər nazirini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müşayiət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics