Rusiyaya bel bağlayanın beli qırılır: Ermənistan öz quyusuna düşüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat adı altında başlatdığı uğursuz müharibə artıq səkkizinci ayına daxil olub. Hadisələrin gedişi onu deməyə əsas verir ki, heç bir tərəf güzəştə gedənə oxşamır. Ən ağır durum hazırda Rusiyadadır. Kollektiv Qərbin sanksiyaları qarşısında aciz qalan Rusiya həm canlı qüvvə sarıdan, həm də maddi cəhətdən sıxıntı keçirməkdədir. Qismən səfərbərlik adı altında verilən qərar isə ölkədə əməllicə panik vəziyyətə səbəb olub.
Ən acınacaqlı durum Rusiya ilə sərhədlərdə yaranıb. Əli silah tutan Rusiya vətəndaşı çıxış yolunu ölkədən çıxıb qaçmaqda görür ki, bu da sərhədlərdə ağlasığmaz vəziyyət yaradıb. Belə bir hal Rusiya ilə sərhəd qonşuluğunda olan ölkələri, xüsusən də Ermənistanı çətin duruma salıb. Yeganə avtomobil sərhədi olduğu "Yuxarı Lars" buraxılış məntəqəsində saatlarla, günlərlə davam edən tıxaclar onsuz da iqtidsadiyyatı ağır vəziyyətdə olan Ermənistanı çətin duruma salıb. Buraxılış məntəqəsinin həddindən artıq yüklənməsi nəticəsində son aylarda Ermənistandan daşınan yüklərin yollarda qalması, vaxtında sərhədi keçə bilməməsi müşahidə edilir. Lakin bu bölgənin dağlıq relyefi və havanın qarlı-şaxtalı keçməsi də ilin müəyyən aylarında məntəqədə fəaliyyətin iflic olmasına səbəb olur.
Cari ilin yay aylarında mövsümi iqtisadi aktivlik səviyyəsinin (Ermənistandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı mallarının həcminin kəskin artması) keçid məntəqəsinin buraxılış gücü ilə qeyri-bərabər olması iri maşın tıxaclarının yaranması ilə müşahidə olunurdu. Qeyd edilən bu səbəblər dayanıqlı nəqliyyat-logistika əlaqələrinin aparılmasına əngəldir. Və indi belə bir durum erməni tərəfini yenidən alternativ nəqliyyat dəhlizlərinə üz tutmağa vadar edir. Bəlli olduğu kimi, Qarabağ münaqişəsinin tarixə qovuşduğunu rəsmi olaraq bildirən 10 noyabr anlaşması yalnız müharibəni dayandırmaqla deyil, həm də regionun gələcək inkişafına yeni perspektivlər açmaqla tarixə düşdü.
Uzun illərdir Ermənistanın qonşuları ilə arasında nəqliyyat, logistika əlaqələri keyfiyyətcə aşağı, dayanıqlılığı isə qeyri-stabil olaraq qalır. Belə ki, Azərbaycanla müharibə şəraiti və Gürcüstanın Abxaziya bölgəsindəki separatizm nəticəsində baş vermiş müharibə Rusiya-Ermənistan arasında hər iki dəmiryolu xəttinin istifadəsiz qalması (Sovet dövründə istifadə edilirdi) ilə nəticələndi.
Ermənistan rəhbərliyi və xalqı anlamalıdır ki, Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası onun nəqliyyat əlaqələrini dayanıqlı və stabil vəziyyətə gətirməklə yanaşı, həm də Ermənistanı əlavə xərclərdən azad edə bilər. Azərbaycanın müasir infrastrukturu və daha əlverişli coğrafi relyefi sürətli və kəsintisiz ticari əlaqələr yarada bilər. Beləliklə, Zəngəzur dəhlizi fəaliyyətə başlaması ilə region ölkələri arasında əməkdaşlıq münasibətlərinin inkişafına şərait yaradacaq.
Azər Nuriyev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
XƏBƏR LENTİ
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)





