Ermənistan

Erməni kriminal avtoritetə hökm oxundu

4 İyun 2022 10:37
0 Şərh     Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rostov şəhərinin Kirov rayon Məhkəməsi kriminal dairələrdə Karlik kimi tanınan Vaqan Nerkararyan hədə-qorxu ilə pul tələb etdiyinə görə cəzasını sərt rejimli həbsxanada çəkmək şərtilə on il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Nerkararyan məhkəmədə günahını boynuna alıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2016-cı ilin iyun ayından sentyabr ayına kimi 1 saylı təcridxanada olarkən kamera yoldaşını və onun qohumlarını qətllə hədələyərək qiymətli kağızlar tələb edib. Bu işdə ona iki cinayət ortağı kömək edib, onlara qarşı iş ayrıca icraata ayrılıb. Nəticədə zərərçəkən Nerkararyana 23 milyon rubl dəyərində əmlak verib.

Bundan əlavə, 2016-cı ilin sentyabrından noyabr ayına qədər fiziki zorakılıqla hədələyərək eyni məhbusdan 2,6 milyon rubl məbləğində tikinti müqavilələri üzrə tələb etmək hüququ alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.